Bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i352366-bələdiyyə_seçkilərini_izləmək_üçün_499_müşahidəçi_qeydə_alınıb
Azərbaycanda bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2019 07:02 Asia/Baku
  • Bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb
    Bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb

Azərbaycanda bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, müşahidəçilərin 72-si MSK, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

Pənahov qeyd edib ki, bələdiyyə seçkilərində iştirak üçün 22 529 nəfərin namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.