Nardaranlı dindarlar Azərbaycan R. DİN tərəfindən hədələniblər
-
Nardaranlı dindarlar Azərbaycan R. DİN tərəfindən hədələniblər
Azərbaycan Respublikasının daxili işlər nazirliyi təhdidlə çıxış edərək bildirib ki, Nardaran kəndində 2015-ci il 26 noyabr şəhidləri üçün ehsan mərasiminin keçiriləcəyi təqdirdə, nazirliyin xüsusi təyinatlı polis qüvvələri amansızcasına rəftar edəcəklər.
Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının sədr müavini Hacı Elçin Qasımov bu ölkənin daxili işlər nazirliyinin mütəşəkkil cinayətlərlə mübarizə idarəsi- BANDOTDEL-ə çağırıldıqdan sonra öz facebook səhifəsində yazıb:
BANDOTDEL-ə çağırılmağım 26 noyabr hadisəsinin ildönümünün ehsan süfrəsi ilə bağlı idi ki, qapalı bir məkanda nəzərdə tutulmuşdu. Mütəşəkkil cinayətlərlə mübarizə idarəsi- BANDOTDEL-də rəsmi şəkildə elan olundu ki; hər cür mərasimin keçiriləcəyi halda, polis amansızcasına rəftar edəcəkdir.
Azərbaycan Respublikasının daxili işlər nazirliyinin Bakı ətrafında yerləşən Nardaran kəndinin dindarlarına qarşı təhdidi göstərir ki, İlham Əliyev hökumətinin bu ölkənin, xüsusən bu kəndin möminlərinə qarşı misli görünməmiş təzyiqlərinə rəğmən, Bakının hökumət başçıları hələ də bu çox kiçik qrupun hər cür fəaliyyətindən nigarandırlar.
Əslində azəri rəsmilər əməldə göstərdilər ki, Sovet dövründəkindən də artıq xalqı sıxışdırmaq qabiliyyətinə malikdirlər.
SSRİ-nin qərar çıxarmaq üzrə təmərküzləşmiş rejiminin təzyiq və təhdidlərinə rəğmən, Azərbaycan Respublikasının müsəlman xalqı, xüsusən Nardaran kəndinin əhalisi öz dinini, həmçinin tarixi və mədəni ənənələrini müqəddəs İslam dini və Cəfəri şiəliyi məzhəbi sayəsində qoruyub saxlaya bilibdir.
Hər halda, belə görünür ki, İlham Əliyev hökuməti də SSRİ-nin kommunist hegemonçu sisteminin məğlub olmuş təcrübələrinə məhəl qoymadan müsəlman əhali ilə mübarizəni gündəmə gətiribdir.
2015-ci ilin 26 noyabr Nardaran basqınında bu kəndin günahsız dindarlarından beş nəfər şəhid oldu və bir qrup nardaranlı mömin, o cümlədən Azərbaycan Respublikası müsəlmanlar birliyi hərəkatının rəhbəri Hacı Taleh Bağırov həbs edildi. Bu hadisə rəsmi Bakının Nardaran kəndinin dindarlarına qarşı nadir zorakılıqlarından biri oldu.
Həmin hadisədə həbs olunanlar ittihamları bildirilmədən saxta ittihamlarla məhkum olundular.