Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə XİN-də müzakirələr aparılıb
Noy 21, 2019 10:48 Asia/Baku
-
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə XİN-də müzakirələr aparılıb
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə XİN-də müzakirələr aparılıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Türkiyə Xarici İşlər Nazirliyində (XİN) nazir müavini Sedat Ünalla görüşüb.
BMTM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, p>Türkiyə XİN- başçısının müavini bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə saxlanılması çox vacibdir.
F. Şəfiyev Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi ritorik çıxışlara diqqət çəkərək, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi buna reaksiyasının çox əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ufuk Ulutaşla da görüşüb.