Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var
https://azeri.sahartv.ir/news/azərbaycan-i352450-azərbaycanda_tələbə_qızlar_zəhərlənib_ölən_var
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2019 15:38 Asia/Baku
  • Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var
    Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.