Azərbaycan Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır
https://azeri.sahartv.ir/news/azərbaycan-i352455-azərbaycan_səhiyyə_nazirliyi_zəhərlənən_tələbələrin_vəziyyəti_ağır_olaraq_qalır
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 22, 2019 17:06 Asia/Baku
  • Azərbaycan Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır
    Azərbaycan Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Son məlumata görə, zəhərlənən tələbələrin vəziyyəti ağır stabil kimi qiymətləndirilir. Onların müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir. Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.