Prezident İlham Əliyev dekabrın 20-də rusiyalı həmkarı ilə görüşəcək
Rusiya Prezidenti Vladimir Putin dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə Sankt-Peterburqda görüşəcəyini bildirib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, V.Putin bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşdə deyib.
“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşməkdən məmnun olacağıq”, - deyə Rusiya Prezidenti əlavə edib.
Azərbaycanın Birinci vitse-prezidenti ilə görüş zamanı Rusiya dövlətinin başçısı vurğulayıb ki, Azərbaycan rus mədəniyyətinə və dilinə olan münasibətin ən yüksək səviyyədə dəstəkləndiyi keçmiş Sovet Birliyi ölkələrindən biridir. Putin bu münasibətin formalaşmasında Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin rolunun mühüm olduğunu qeyd edib.
Öz növbəsində, Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib ki, gələcəkdə Azərbaycan bu sahəyə daha da böyük diqqət göstərməlidir