Sabunçu bazarında yanğın
https://azeri.sahartv.ir/news/azərbaycan-i352899-sabunçu_bazarında_yanğın
Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2019 10:45 Asia/Baku
  • Sabunçu bazarında yanğın
    Sabunçu bazarında yanğın

Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

APA-nın xəbərinə görə, rayon ərazisindəki Sabunçu bazarında yerləşən telefon aksesuarları satılan mağazada elektrik naqillərinin həddən artıq yüklənmə səbəbindən yanğın başlayıb. Alov qısa zamanda yaxınlıqdakı aptekə və digər mağazalara keçib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabunçu və Nizami rayonları üzrə Yanğından Mühafizə Xidmətinin 5 briqdası cəlb edilib. Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.