Gömrükdə özbaşınalıq
Noy 28, 2019 14:42 Asia/Baku
-
Gömrükdə özbaşınalıq
Bəzi qaynaqlar xəbər verirlər ki, artıq bir neçə gündür ki, Dövlət Gömrük Komitəsi Gürcüstan ərazisindən Azərbaycana daxil olan xarici nömrəli avtomobilləri buraxmır. Bu isə narazılıq yaradıb.
“Yeni Sabah” xəbər verir ki, siyasi ekspert Osman Gündüzün sözlərinə görə, “Dövlət Gömrük Komitəsi səlahiyyət həddini aşmaqla həm də kütləvi narazılıq formalaşdırır. Sadə bir vətəndaş Gürcüstandan 3-4 min manat verib avtomobil alır. Onun gömrük rüsumu isə maşının qiymətinfən 2-3 dəfə bahadır. Hətta ortabab insanlar da artıq bu qədər pulu mənasız yerə gömrüyə verməmək üçün rus, gürcü və digər xarici nömrəli maşınları sürürlər. Məhz bu səbəbə görə də vətəndaşların çox hissəsi qanunvericiyə uyğun olaraq ikili vətəndaşlığı olanlara da etibarbamə verməklə maşınları Azərbaycana müvəqqəti idxal edirlər. Və bununla əlaqəli qanuni rüsumları ödəməklə, 90 gün müddətinə əməl etməklə yenidən ölkə ərazisinə eyni qaydada daxil olurlar. Yenidən ölkə ərazisinə müvəqqəti olaraq daxil olmağın qadağan edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. DGK isə məhz qanunsuz olaraq, buna heç bir səlahiyyəti olmadığı halda onları ölkəyə buraxmır. Bu da təbii ki haqlı narazılıq yaradır.”- siyasi ekspert Osman Gündüz belə deyib.