Xəzərin dibində AR-Türkmənistan birgə fiber optika layihəsi icra olunacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i352963-xəzərin_dibində_ar_türkmənistan_birgə_fiber_optika_layihəsi_icra_olunacaq
Xəzərin dibində birgə fiber optika layihəsinin icrası sahəsində Azərbaycan Respublikası ilə Türkmənistan arasında əməkdaşlıq üzrə anlaşma sənədi imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2019 06:35 Asia/Baku
  • Xəzərin dibində AR-Türkmənistan birgə fiber optika layihəsi icra olunacaq
    Xəzərin dibində AR-Türkmənistan birgə fiber optika layihəsi icra olunacaq

Xəzərin dibində birgə fiber optika layihəsinin icrası sahəsində Azərbaycan Respublikası ilə Türkmənistan arasında əməkdaşlıq üzrə anlaşma sənədi imzalanıb.

Bu sənəd Aşqabadda 12-ci “Türkmən Tel-2019” beynəlxalq sərgisinin kənarında Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Həsən Zeynalov ilə Türkmənistan rabitə və sənaye nazirliyinin “Türkmən Ara Qatnaşık” institutunun direktoru Hacı Murad Xudaquliyev arasında imzalanıb.

Bu memoranduma əsasən, layihənin icraçısı Azərbaycan Respublikasının “Azərtelekom” və Türkmənisanın “Türkməntelekom” şirkətləridir. Həmin layihənin icrası ilə Avropa ilə Asiya arasında rəqəmsal ipək yolu yaradılacaqdır.

Bu rəqəmsal şose yolu Avropadan internet yük aldıqdan sonra onu Azərbaycan Respublikası vasitəsilə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürəcəkdir.