Bakıda NATO-nun təlim kursu keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i352969-bakıda_nato_nun_təlim_kursu_keçirilib
Bakıda NATO-nun təlim kursu keçirilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2019 11:23 Asia/Baku
  • Bakıda NATO-nun təlim kursu keçirilib
    Bakıda NATO-nun təlim kursu keçirilib

Bakıda NATO-nun təlim kursu keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da əməliyyatların qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilib. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, kurs müddətində NATO-nun nümayəndələri tərəfindən dinləyicilərə əməliyyatların planlaşdırılması, layihələndirilməsi və qiymətləndirilməsi prosesi, məlumatların təhlili metodları və digər mövzular ətrafında brifinqlər təqdim edilib, həmçinin praktiki qrup çalışmaları keçirilib. Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.