Bakıda Şimal-Cənub dəmiryolu dalanı üzrə işçi qrupunun 4-cü iclası keçirilib
-
Bakıda Şimal-Cənub dəmiryolu dalanı üzrə işçi qrupunun 4-cü iclası keçirilib
İran İslam Respublikası daxil olmaqla beş ölkənin nümayəndələrinin iştirakı ilə Bakıda Şimal-Cənub dəmiryolu dalanı üzrə işçi qrupunun 4-cü iclası keçirilib.
Bu ikigünlük iclas İran İslam Respublikası, Rusiya, Azərbaycan Respublikası və Belarusun dəmiryolu şirkətlərinin sədr müavinləri, həmçinin Hindistanda ən böyük konteynerdaşıma şirkəti sədrinin iştirakı ilə Bakıda keçirilib və iştirakçı ölkələrin protokol imzalamaları ilə bu gün işini başa vurubdur.
İran İslam Respublikasının dəmiryolu şirkətinin icraçı müdirinin ticarət və istifadəyəvermə məsələləri üzrə müavini Morteza Cəfəri şose yolu və dəniz marşrutlarının xərcləri ilə müqayisədə dəmiryolu marşrutu xərclərinin rəqabətli edilməsi və şimal-cənub dəmiryolu dəhlizində yükdaşımanın artırılması üzrə həll yollarının təqdim olunması, həmçinin dəmiryolu istiqamətində yükdaşıma tarifi üçün koordinasiyanı bu iclasın əsas mövzularından elan edibdir.