Azərbaycan Respublikası Prezident Administrasiyasında inqilab
Noy 30, 2019 05:41 Asia/Baku
-
Azərbaycan Respublikası Prezident Administrasiyasında inqilab
Noyabrın 29-da həmçinin, Prezident İlham Əliyevin imzaladığı sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub, strukturun tərkibi yenidən formalaşdırılıb.
Müvafiq Sərəncamları ilə prezidentin yeni köməkçiləri və PA –nın şöbə müdirləri təyin olunub. Prezident Administrasiyasının rəhbəri vəzifəsinə Samir Nuriyev təsdiq edilib. Habelə Altay Həsənov Birinci vise-prezidentin katibliyinin rəisi , Kərəm Həsənov Administrasiyanın dövlət nəzarəti şöbəsinin müdiri , Zeynal Nağdəliyev Prezidentinin köməkçisi - ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri , Məhərrəm Əliyev isə Prezidentin köməkçisi - Hərbi məsələlər şöbəsinin müdiri, prezidentin köməkçilərindən hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov , xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov təsdiqlənib. Əli Həsənov Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib. Administrasiyanın strukturunda başqa vəzifələr də yer alır. Noyabrın 29-da prezident İlham Əliyev İsrafil Məmmədovu Dövlət Neft Fondunun icraçı direktoru təyin edib.