Təşviqat kampaniyası başlanıb
-
Təşviqat kampaniyası başlanıb
Bu gün Noyabrın 30-dan Azərbaycan Respublikası bələdiyyə seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilir.
Kampaniyada qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr iştirak edəcəklər.
Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış - dekabrın 22-də təşviqat kampaniyası dayandırılacaq.
keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
Bütün seçki subyektləri üçün tamamilə açıq və şəffaf həyata keçirilən çap prosesi barədə media nümayəndələrinə açıqlamasında MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib.
MSK sədri bildirib ki, ümumilikdə 5 020 287 ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub.
Bülletenlər Milli Məclis Aparatının mətbəəsində çap ediləcək.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.