AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarının başlama vaxtı açıqlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i353117-avro_2020_nin_bakıda_keçiriləcək_oyunlarının_başlama_vaxtı_açıqlanıb
AVRO-2020-nin final mərhələsinin qrup oyunlarının başlama vaxtı açıqlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2019 11:43 Asia/Baku
  • AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarının başlama vaxtı açıqlanıb
    AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarının başlama vaxtı açıqlanıb

AVRO-2020-nin final mərhələsinin qrup oyunlarının başlama vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qrupda keçiriləcək görüşlər Mərkəzi Avropa vaxtı ilə saat 15:00, 18:00 və 21:00-da başlayacaq.

Gələn il iyunun 12-də start götürəcək yarış zamanı Bakı vaxtı ilə Mərkəzi Avropa vaxtı arasında indiki kimi 3 deyil, 2 saat fərqi olacaq. Bu isə o deməkdir ki, qrup mərhələsinin matçların start fiti 17:00, 20:00 və 23:00-da veriləcək.

 

A qrupunun Bakıda təşkil olunacaq üç qarşılaşmasının da başlama vaxtı bəlli olub. Bu görüşlərdən biri - Uels və İsveçrə arasındakı matç 17:00-da başlayacaq. Qonşu Türkiyə millisinin bu yığmalarla oyunları isə 20:00-da start götürəcək.