Tehran və Bakı rabıtə və informasiya texnologiyaları sahəsində yaxşı əlaqələrə malikdirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i353274-tehran_və_bakı_rabıtə_və_informasiya_texnologiyaları_sahəsində_yaxşı_əlaqələrə_malikdirlər
İranın rabıtə və informasiya texnologiyaları naziri bu gün səhər Bakıya daxil olarkən deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası rabıtə və informasiya texnologiyaları sahəsində yaxşı və yaxın əlaqələrə malikdirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2019 05:03 Asia/Baku
  • Tehran və Bakı rabıtə və informasiya texnologiyaları sahəsində yaxşı əlaqələrə malikdirlər
    Tehran və Bakı rabıtə və informasiya texnologiyaları sahəsində yaxşı əlaqələrə malikdirlər

İranın rabıtə və informasiya texnologiyaları naziri bu gün səhər Bakıya daxil olarkən deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası rabıtə və informasiya texnologiyaları sahəsində yaxşı və yaxın əlaqələrə malikdirlər.

Mohəmməd Cəvad Cəhromi sonra belə qeyd edib: İranın rabıtə və informasiya texnologiyaları nazirliyinin son illərdə yürütdüyü siyasətlər daima rabıtə və informasiya texnologiyaları sahəsində qonşu ölkələrlə iqtisadi həmkarlıqlara söykənibdir.

Azəri Cəhromi bildirib ki, ötən iki ildə İran və Azərbaycan Respublikasının iqtisadi əlaqələr həcmi diqqətəlayiq inkişafa malik olub. O, əlavə edib: "Baku Tel-2019" beynəlxalq sərgisində və "Bakı yaradıcılığı" adlı beynəlxalq konfransda rabıtə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən on dörd İran şirkəti iştirak edir və onlar ikitərəfli əməkdaşlıqların genişləndirilməsi ardıncadırlar.

İranın rabıtə və informasiya texnologiyaları naziri Bakıya səfərinin məqsədlərindən birini, "Baku Tel-2019" beynəlxalq sərgisində iştirak etmək adlandırıb və deyib ki, sərgidə iştirak edən bəzi ölkələrin rabıtə və informasiya texnologiyaları nazirləri ilə ikitərəfli görüşlər keçirəcəkdir.

25-ci "Baku Tel-2019" beynəlxalq sərgisi bu gün Bakıda başlanır və cümə gününədək davam edəcək.

Sərgidə 23 ölkədən 238 şirkət iştirak edir.

İran İslam Respublikasının bu beynəlxalq sərgidəki pavilyonu rabıtə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən iranlı şirkətlərin son nailiyyətlərini nümayiş etdirəcək.