Azəri-Cəhromi İ.Əliyevlə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i353293-azəri_cəhromi_İ.Əliyevlə_görüşüb
İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycan Respublikasına səfəri zamanı bu gün bu ölkənin prezidenti ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2019 16:48 Asia/Baku
  • Azəri-Cəhromi İ.Əliyevlə görüşüb
    Azəri-Cəhromi İ.Əliyevlə görüşüb

İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycan Respublikasına səfəri zamanı bu gün bu ölkənin prezidenti ilə görüşüb.

İranın Bakıdakı səfiri Cəvad Cəhangirzadənin də iştirak etdiyi bu görüşdə Mohəmməd Cəvad Azəri-Cəhromi və İlham Əliyev iki ölkənin həmkarlıqları prosesi barədə danışıblar.

Azərbaycan Respublikası prezidenti bu görüşdə İran İslam Respublikasının "Bakutel-2019" beynəlxalq sərgisində nazir səviyyəsində təmsil olunmasından məmnunluq ifadə edərək, deyib: Əminəm ki, bizim rabitə və informasiya texnologiyaları sahəsindəki həmkarlıqlarımız da digər sahələr kimi parlaq gələcəyə malik olacaq.

Əliyev İran İslam Respublikası prezidentilə çox sayda görüşünə işarə edərək, əlavə edib: Bütün bu görüşlər məhsuldar olub və mən razılaşmalarımızın nəticə verməsinə sevinirəm.

Azəri-Cəhromi də bu görüşdən sonra deyib: ICT sahəsində Azərbaycan Respublikası ilə ortaq bir layihə icra etmək istəyirik və qısa bir zamanda iki ölkə arasında yekun anlaşma sənədi işlənib hazırlanıbdır.