İranın regional nəqliyyatda xüsusi mövqeyi vurğulanıb
-
İranın regional nəqliyyatda xüsusi mövqeyi vurğulanıb
Azərbaycan Respublikasında Avropa-Qafqaz-Orta Asiya(TRASKA) nəqliyyat dəhlizinin inkişafı üzrə milli büronun katibi Akif Mustafayev deyib: İran regionda nəqliyyat sahəsində xüsusi mövqeyə malikdir.
Bakıda keçirilən TRASKA nəqliyyat dəhlizinin inkişafı layihəsində fəal olan ölkələrin dövlətlər arası komissiyasının 14-cü iclasının kənarında İRNA-nın müxbirinə müsahibə verən Akif Mustafayev deyib: Region ölkələrinin Fars körfəzinə yol tapması və regiondakı ölkələrlə əlaqə qurması İran vasitəsi ilə mümkündür.
Mustafayev İranın hal-hazırda şimal-cənub dəhlizinin təkmilləşdirilməsi layihəsi ilə eyni zamanda TRASKA-nın inkişaf layihəsində də fəal iştiraka malik olduğunu bildirərək deyib: Bütün bunlar elə bir şəraitdədir ki, Amerikanın sanksiyaları İranın bu layihədə geniş iştirakına heç bir maneə yarada bilməyibdir.
Azərbaycan Republikasında TRASKA-nın Milli Bürosunun baş katibi İranın müxtəlif sahələrdəki gücü və potensiallarına toxunaraq deyib: İranın qarşı-qarşıya durduğu bir çox problem və maneələrə rəğmən bu ölkə bütün sahələr o sıradan da nəqliyyat sahəsində gözə çarpacaq inkişafa malik olacaq.