Azərbaycan Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün müraciət müddətləri müəyyənləşib
-
Azərbaycan Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün müraciət müddətləri müəyyənləşib
Azərbaycan Respublikası Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün müraciət müddətləri müəyyənləşib.
APA-nın məlumatına görə, bu, MSK-nın təsdiq etdiyi "Azərbaycan Respublikası Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada MSK-da qeydiyyatdan keçməklə) Azərbaycanın bütün seçki dairələrində müşahidə aparılması üçün seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilrilməsinə 10 gün qalanadək ərizələrini MSK-ya təqdim etməlidirlər. Gələn il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.