Azərbaycan Respublikası isveçrədən 2 ədəd 2 mərtəbəli elektrik qatarı alıb
-
Azərbaycan Respublikası isveçrədən 2 ədəd 2 mərtəbəli elektrik qatarı alıb
Azərbaycan Respublikası isveçrədən 2 ədəd 2 mərtəbəli elektrik qatarı alıb.
İran Teleradiosunun Bakı nümayəndəliyi Apa-ya İstinadan bildirir ki, "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) İsveçrənin "Stadler Real Group" şirkətindən daha 2 ədəd 2 - mərtəbəli elektrik qatarı alıb.
Bu barədə , qurumun Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova media nümayəndələrinə açıqlamasında deyib
O, Qeyd edib ki qatarlardan birinin Bakı-Sumqayıt, digərinin Bakı-Pirşağı istiqamətində xəttə buraxılacağ “Yeni qatarların alınması istiqamətində işlər davam edir. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu istiqamətində də hərəkət edəcək 10 yataq tipli qatar alınıb və yaxın zamanda istismara veriləcək. Bu qatarlardan əlavə qurum yaxın 3 il ərzində bu tipli, birmərtəbəli daha 10 ədəd "FLIRT" tipli qatar alınması haqqında müqavilə bağlayıb. Onlardan 6-sı birmərtəbəli, 4-ü isə dizel ilə hərəkətə gətirilən qatar olacaq”.
Qeyd edəki, Bakıya gətirilən yeni qatarlar 371 oturacaqla təmin olunub. Onlardan 9-u birinci sinif, 62-si biznes, 300-ü isə standart tiplidir.