Suriya və İraqda İŞİD-çi valideynlərə malik olan 270 azəri uşaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i353903-suriya_və_İraqda_İŞİd_çi_valideynlərə_malik_olan_270_azəri_uşaq
BMT-nin mühacirət üzrə beynəlxalq təşkilatı bir hesabatda bildirib ki, 270 yiyəsiz azəri uşaq Suriya və İraqdakı saxlanma mərkəzlərindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2019 11:35 Asia/Baku
  • Suriya və İraqda İŞİD-çi valideynlərə malik olan 270 azəri uşaq
    Suriya və İraqda İŞİD-çi valideynlərə malik olan 270 azəri uşaq

BMT-nin mühacirət üzrə beynəlxalq təşkilatı bir hesabatda bildirib ki, 270 yiyəsiz azəri uşaq Suriya və İraqdakı saxlanma mərkəzlərindədir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həmkarlığı ilə hazırlanan bu hesabatda deyilir: İndiyə kimi öz valideynini Suriya və İraqdakı döyüş bölgələrində itirmiş 24 sahibsiz azəri uşaq Azərbaycan Respublikasına qaytarılıb.

Bəzi statistikalara görə, dünyanın 130 ölkəsindən olan bu şəxslər 103 terror qruplaşmasına üzv olublar. Onlar bəzi Qərb və ərəb ölkələrinin təşviqi ilə Suriyaya və İraqa daxil olublar.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bununla bağlı müxbirlərlə müsahibədə bildiribdir ki, başsız azəri uşaqların Suriya və İraqdan geri qaytarılmaları istiqamətində atılan addımlar davam edəcək və yaxın gələcəkdə də bu uşaqların digər bir qrupu Azərbaycan Respublikasına qaytarılıacaqdır.