Suriya və İraqa gedən azərbaycanlılardan məlumat
-
Suriya və İraqa gedən azərbaycanlılardan məlumat
Azərbaycanda bir rəsmi mənbə bir hesabatda Suriya və İraqa gedib təkfirçi- terrorçu qrupların sıralarında döyüçən azərbaycanlılar sayını açıqlayıb.
İslamazeri.com xəbər verir ki, "2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terrorist təşkilatlara qoşulmaq üçün Suriya və İraqa gedənlərin ümumi sayının 1477 nəfər (1136 kişi və 341 qadın) olub. Həmin məlumatda Azərbaycan vətəndaşlarından 903 nəfərin öldüyü və ya itkin düşdüyü göstərilir".
Hesabatda bildirib ki, şimal və şimal-qərb regionunlarından olan "döyüşçülərin'" sayı daha yüksəkdir.
Həmin şəxslərdən az sayda terrorçu Azərbaycana qayıdıb.
Əksəriyyətini şiə təşkil edən Azərbaycanda vəhhabilik qalibində təkfirçilərin fəaliyyti azaddır və onların ibadətgahlarına yasaq yoxdur.