Gecə etiraz: Yanan bazarın icarədarları kompensasiya istəyirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i354141-gecə_etiraz_yanan_bazarın_icarədarları_kompensasiya_istəyirlər
Bakıda «EuroHome» tikinti materialları bazarında (Xırdalan dairəsinə yaxın) yanğında zərər görən icarədarların bir hissəsi həmin ticarət mərkəzinin qarşısına toplaşaraq kompensasiya tələb ediblər. Onlar qeyd ediblər ki, bəziləri 100 min, bəziləri 300 min manat ziyan görüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2019 06:45 Asia/Baku
  • Gecə etiraz: Yanan bazarın icarədarları kompensasiya istəyirlər
    Gecə etiraz: Yanan bazarın icarədarları kompensasiya istəyirlər

Bakıda «EuroHome» tikinti materialları bazarında (Xırdalan dairəsinə yaxın) yanğında zərər görən icarədarların bir hissəsi həmin ticarət mərkəzinin qarşısına toplaşaraq kompensasiya tələb ediblər. Onlar qeyd ediblər ki, bəziləri 100 min, bəziləri 300 min manat ziyan görüblər.

Bundan əvvəl «EuroHome» şirkətindən bildirmişdilər ki, ziyan görən mağazalar təmir ediləcək və icarədarlar başqa yerlərlə təmin ediləcək.Şirkətdən üstəlik, vurğulamışdılar ki, həmin müddətdə onlardan icarə haqları da alınmayacaq.

Dekabrın 10-da Bakının Binəqədi rayonundakı «EuroHome» tikinti materialları bazarı ərazisində (Xırdalan dairəsinə yaxın) yanğın baş vermişdi. Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə bazarın 5 hektar ərazisinin 2 hektarı yanıb. Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilir.