Rəsmi Bakı israillə məsələni yallanladı
-
Rəsmi Bakı israillə məsələni yallanladı
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə yayılan məlumatları təkzib edir.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür məlumatların heç bir əsası yoxdur.
“Bu kimi məlumatlar vaxtaşırı məqsədyönlü surətdə informasiya məkanına sızdırılır və təxribat məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı bir xarici ölkəyə məxsus döyüş təyyarəsi və digər hərbi təyinatlı vasitələr Azərbaycan ərazisində yerləşdirilməyib. Bu baxımdan yayılan məlumat iftiradır, yalandır və heç bir əsası yoxdur”, - deyə nazirlikdən bildirilib.
Qərb mətbuatı dəfələrlə Azərbaycanla Sionist rejim arasında dərin kəşfiyyat və təhlükəsizlik əlaqələrin olmasını sızdırırlar. Qərbdə hərbi ekspertlər və agentlər hətta Azərbaycanda israilə məxsus döyüş təyyarələrinin sayını da açıqlayırlar.