'Gəncə məhbusları'nın aclıq etdiyi bildirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i354501-'gəncə_məhbusları'nın_aclıq_etdiyi_bildirilir
2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan «Gəncə məhbusları»nın aclıq aksiyası keçirdiyi bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2019 15:22 Asia/Baku
  • 'Gəncə məhbusları'nın aclıq etdiyi bildirilir
    'Gəncə məhbusları'nın aclıq etdiyi bildirilir

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan «Gəncə məhbusları»nın aclıq aksiyası keçirdiyi bildirilir.

aclıq edənlər 7 nəfərdir – Əli Rzayev, Toğrul Verdiyev, Zabil Məmmədov, Elvin Nəzərov, Elman Quliyev, Orxan Yağnəliyev və Kamal Quliyev. Yaxınlarının sözlərinə görə, onlar günahsız olduqları halda, uzunmüddətli həbslə cəzalandırılmalarına, ailə üzvlərinin dövlət orqanlarına etdikləri müraciətlərin nəticəsiz qalmasına etiraz edirlər.

Deyirlər ki, «Gəncə məhbusları» həm də onlara işgəncə verənlərin cəzalandırılmamasından narazıdırlar. Məhbusların yaxınları Gəncədə və Bakıda keçirdikləri etiraz aksiyalarına görə təhdidlərlə üzləşdiklərini də vurğulayırlar.

GƏNCƏ MƏHBUSLARININ ACLIQ ELAN ETDİKLƏRİ BİLDİRİLİR