Dek 30, 2019 13:39 Asia/Baku
  • İran-Rusiya-Çin birgə dəniz manevri region medialarında
    İran-Rusiya-Çin birgə dəniz manevri region medialarında

Hind okeanının şimalında və Oman dənizində keçirilən İran-Rusiya-Çin birgə dəniz manevri Azərbaycan Respublikası medialarının diqqət mərkəzində durubdur.

APA xəbər agentliyi öz reportajında bildirib: İran ordusu bu birgə dəniz manevri barədə hər cür casusluq haqda xəbərdarlıq edərək, bildirmişdi ki, istər üzən, istərsə də uçan vasitə olsun, bütün casusluq vasitələrini məhv edəcək.

“Strateq.az” informasiya saytı da bir reportajda Hind okeanının şimalında və Oman dənizində keçirilən İran-Rusiya-Çin birgə dəniz manevrinə toxunub. Yazıb ki, bu manevrin keçirilməsində məqsəd, region ölkələrinin təhlükəsizliklərinin təmini, dəniz quldurluğu və terrorizmlə mübarizəyə hazırlıqdır.

Rəsmi AzərTac informasiya agentliyi isə öz reportajında bildirib: Amerikanın Yaxın Şərqdə iştirakının artması Rusiya və Çini nigaran edib. Hər iki ölkə bu bölgədən əlavə, Hind okeanında da xas maraqlara malikdir.

AzərTac Amerikanın İrana qarşı sanksiyalarına da işarə edib: Üç ölkənin birgə manevri təkcə İran, Rusiya və Çinin yaxın əlaqələrini göstərmir. Rusiyanın İranda atom elektrik stansiyasının tikintisində iştirakı və İrana on milyard dollardan çox sərmayə yatırmağa hazır olduğunu bildirməsi Tehrana dəstək üzrə ciddi bir mesajdır.

Bu məlumata görə, Hind okeanında keçirilən İran-Rusiya-Çin birgə dəniz manevri göstərir ki, Amerika hal-hazırda regionda güclü bir ittifaqla üzləşibdir.

Azərbaycan Respublikasının bəzi telekanalları da gündəlik reportajlarında bu müştərək manevrin keçirilməsilə bağlı mətləblər yayıblar.

Bir çox Qərb mediası da xəbərdarlıq edibdir ki, Çinin İranın kənarında durması Amerika üçün təhlükə siqnalıdır.

Dekabrın 27-dən İranın cənub-şərqində yerləşən Çabəhar şəhərinin Şəhid Beheşti adına limanında başlanmış İran-Rusiya-Çin birgə dəniz manevri dünən axşam Hind okeanının şimalında başa çatıb.

 

 

Teqlər