İlham Əliyev başçılıq etdiyi hökumətin ötən milad ilindəki uğurlarını şərh edib
Azərbaycan Respublikası prezidenti İlham Əliyev yeni milad ili münasibətilə xalqa müraciətində qarabağ münaqişəsi, ölkənin iqtisadi durumu və əhalinin sayının artmasından danışıb.
APA-nın verdiyi məlumata görə , Azərbaycan Respublikası prezidenti İlham Əliyev yeni milad ili münasibətilə xalqa müraciətində bir daha ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyində heç bir dəyişikliyin olmadığını bildirib və deyib: Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
İlham Əliyev ötən milad ilində Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bir başa danışıqların aparılmasına təkidləri kəskin şəkildə qınayaraq buna imkan verilmədiyini bildirib.
Azərbaycan Respublikası prezidenti ölkənin iqtisadi durumunun yaxşı olduğunu bildirərək valyuta ehtiyatlarının 50 milyard dollara çatdığını deyib, müxtəlif sektorlarda artım olduğunu xatırladıb.
İlham Əliyev əhalinin sayının 10 milyona çatdığını bildirərək artan əhalinin güc demək olduğunu vurğulayıb.