Azərbaycan Prezidenti: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
-
Azərbaycan Prezidenti: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
Azərbaycan Respublikası prezidenti Yeni il münasibətilə Azərbaycan xalqına təbrik nitqində söyləyib, bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Yeni il münasibətilə Azərbaycan xalqına təbrik nitqində bildirib: “2019-cu il arxada qalır. Bu il Azərbaycan üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib”
Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı bunları söyləyib:
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Bakının mövqeyində heç bir dəyişiklik yoxdur. Azərbaycanın prinsipial mövqey ondan ibarətdir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir”.
Prezidentin deməsinə görə, il ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən bəyanatlar səslənirib: “Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb”.
Prezident münaqişə ilə bağlı sonra da deyib:
“Əminəm ki, bizim ardıcıl, düşünülmüş siyasət münaqişənin həllinə gətirib çıxaracaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.”.
Prezidentin deməsinə görə, 2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq.