Bakı-Astara avtomagistralı İranın quru marsrutlarına qovuşacaq
-
Bakı-Astara avtomagistralı İranın quru marsrutlarına qovuşacaq
İranın yol və şəhərsalma naziri yaxın gələcəkdə Bakı-Astara avtomagistralının İranın quru marsrutlarına qovuşacağından xəbər verib.
İranın yol və şəhərsalma naziri Mohəmməd Eslami bu gün Astaraya səfərdə Bakı-Astara avtomagistralı barədə İran ilə Azərbaycan Respublikası arasındakı yeni müqaviləyə toxunub. Bildirib ki, bu avtomagistralın İranın daxili marşrutlarına qovuşması üçün gələn həftə onun üzərində yeni körpünün tikintisi başlanacaq.
Eslami vurğulayıb: İranın şimal limanları daima Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin qovuşmasında mühüm rol oynayıb və hazırda da Ənzəli və Astara limanlarının imkanları İranın tranzit bazarından xüsusi paya malikdirlər.
204 kilometrlik Bakı-Astara avtomagistralı 2018-ci ilin sentyabrında açılıb və İran və Azərbaycan Respublikası bu magistralı genişləndirmək istəyirlər.