AİP Hacı Mövsüm Səmədova azadlıq tələb etdi
-
AİP Hacı Mövsüm Səmədova azadlıq tələb etdi
Azərbaycan İslam Partiyası həbsdəki sədri Mövsüm Səmədova azadlıq tələb etdi.
Qurumun bəyanatında deyilir:
“Yanvarın 7-si, Azərbaycan İslam Partiyasının sədri Doktor Hacı Mövsüm Səmədovun həbsindən 9 il ötəcək. Əməlində heç bir cinayət tərkibi olmadan şərlənərək azadlıqdan məhrum edilmiş Hacı Mövsüm Səmədovun həbsinin əsl səbəbləri Azərbaycan cəmiyyəti üçün hələ də müəmma olaraq qalır.
Cəmiyyətimiz adından İslam alimlərinin, o cümlədən haqsız yerə məhbus həyatı yaşayan Doktor Hacı Mövsüm Səmədovun tezliklə azad edilməsini tələb edirik. Hesab edirik ki, hakimiyyət dairələri mütərəqqi insanların həyatını cəmiyyətin saflığına və sağlam gələcəyinə qurban verən və bu gün cəmiyyətdən təcriddə yaşayan İslamn alimlərinin tezlikllə azadlığa çıxmalarına rəvac verəcək.”