Bakıda tüstüdən boğularaq ölən əcnəbi tələbələrin adları məlum olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i355690-bakıda_tüstüdən_boğularaq_ölən_əcnəbi_tələbələrin_adları_məlum_olub
Bakının Səbail rayonunda 3 nəfər əcnəbi ölkənin vətəndaşı tüstüdən boğularaq ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2020 04:51 Asia/Baku
  • Bakıda tüstüdən boğularaq ölən əcnəbi tələbələrin adları məlum olub
    Bakıda tüstüdən boğularaq ölən əcnəbi tələbələrin adları məlum olub

Bakının Səbail rayonunda 3 nəfər əcnəbi ölkənin vətəndaşı tüstüdən boğularaq ölüb.

APA xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsində baş verib.

Məlumata görə, yanğın çamadandan başlayıb. Elektrik qısaqapanması nəticəsində çamadan yanıb və yatmış vəziyyətdə olan üç nəfər Şri-Lanka vətəndaşları tüstüdən boğularaq ölüb. həmin üç qız Qərbi Xəzər Universitetinin tələbələri imiş.

yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı mənzilin pəncərəsini sındıraraq onlara kömək etmək istəyib. Ancaq artıq gec olub, qızlar yatmış vəziyyətdə zəhərlənərək ölüblər.