Texniki nasazlığa görə, Bakı-Lvov reysində problem yaşanıb
Yan 13, 2020 13:44 Asia/Baku
-
Texniki nasazlığa görə, Bakı-Lvov reysində problem yaşanıb
Bu gün səhər Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan təyyarə texniki nasazlığa görə, uçuşdan qalıb və sərnişinlər başqa bir təyyarə ilə Ukraynaya yola düşüblər.
Azərbaycan Respublikasının "Buta Airways" şirkətinə məxsus sərnişin təyyarəsi bu gün səhər uçuş zolağına daxil olduqdan sonra texniki nasazlığa görə, havaya qalxa bilməyib və geri qayıtmalı olub.
Saat yarım ərzində problemin aradan qaldırılmasına cəhdlər göstərilsə də heç bir nəticə əldə olunmayıb. Nəticədə sərnişinlər yerli vaxtla səhər saat 10:45 dəqiqədə başqa bir təyyarəyə ilə Ukraynanın Lvov şəhərinə uçublar.