Azərbaycan Respublikası prezidenti İranla ticarət dövriyyəsinin 30 faiz artdığını deyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i355977-azərbaycan_respublikası_prezidenti_İranla_ticarət_dövriyyəsinin_30_faiz_artdığını_deyib
İlham Əliyev: "Heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2020 04:06 Asia/Baku
  • Azərbaycan Respublikası prezidenti İranla ticarət dövriyyəsinin 30 faiz artdığını deyib

İlham Əliyev: "Heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz"

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bütün qonşu ölkələrlə ticarət dövriyyəsinin artdığını deyib.  

APA-nın verdiyi məlumata görə İlham Əliyev bildirib ki, Azərbaycan Respublikasının İranla ticarət dövriyyəsi 30 faiz artıbdır. Bu göstərici Rusiya ilə əlaqədar 20-25 faizdən ibarətdir və Türkiyə ilə ticarət Dövriyyəsi keçən il 4 milyard dollar təşkil edib. 

Azərbaycan Respublikası perzidenti  həm ikitərəfli formatda, həm çoxtərəfli formatda ölkəsinin uğurlu fəaliyyətlərinə toxunaraq bildirib:  Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. İlham Əliyev Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olduğunu xatırlayraq məhz qonşularla əməkdaşlığa beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini diqqətə çəkib məhz buna görə də qonşularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlığın diqqət mərkəzində olmalı , bütün infrastruktur layihələrin icra edilməli olduğunu vurğulayıb. 

Prezident İlham Əliyev  "Astara şəhərindən İran sərhədinə qədər yeni avtomagistral yolun tikintisinin başa çatdırılacağını vurğulayaraq deyib:   Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan öz marağını bildirmişdir, müvafiq sənədlər də imzalanmışdır. 

Azərbaycan Respublikası prezidenti ölkəsi üçün beynəlxalq ticarət əlaqələrinin böyük əhəmiyyətə malik olduğunu xatırladaraq deyib: Biz həm qonşu dövlətlərdən investisiya alırıq, həm də investisiya qoyuruq. Qoyulan investisiyalar da nəticə etibarilə bizə böyük gəlirlər gətirir".