Azərbaycan R. parlamentinə seçki namizədlərinin təbliğatı başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i356195-azərbaycan_r._parlamentinə_seçki_namizədlərinin_təbliğatı_başlanıb
Azərbaycan Respublikası milli məclisinə altıncı çağırış seçkilərinə namizədlərin təbliğatı başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2020 17:08 Asia/Baku
  • Azərbaycan R. parlamentinə seçki namizədlərinin təbliğatı başlanıb
    Azərbaycan R. parlamentinə seçki namizədlərinin təbliğatı başlanıb

Azərbaycan Respublikası milli məclisinə altıncı çağırış seçkilərinə namizədlərin təbliğatı başlanıb.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bildirib ki, cümə günündən etibarən, milli məclis seçkilərinə 1623 namizəd öz təbliğat kampaniyasına başlayıb.

Azərbaycan Respublikası milli məclisinə növbədənkənar altıncı çağırış seçkiləri fevralın 9-da keçiriləcək. Seçki namizədləri səsverməyə 24 saat qalanadək öz təbliğatlarını davam etdirəcəklər.

Azərbaycan Respublikası milli məclisinə altıncı çağırış seçkiləri əslində 2020-ci ilin noyabrında keçirilməli idi, lakin hakim partiyanın xahişi ilə parlamentin buraxılması bir əleyhinə səs qarşılığında 99 lehinə səslə parlamentdə qəbul olundu.

Azərbaycan Respublikası milli məclisi 125 yerə malikdir.