Azərbycan Xəzərdə suyun səviyyəsinin azalması ilə bağlı xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i356497-azərbycan_xəzərdə_suyun_səviyyəsinin_azalması_ilə_bağlı_xəbərdarlıq_etdi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Xəzər Dənizində suyun səviyyəsinin enməsi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2020 13:48 Asia/Baku
  • Azərbycan Xəzərdə suyun səviyyəsinin azalması ilə bağlı xəbərdarlıq etdi
    Azərbycan Xəzərdə suyun səviyyəsinin azalması ilə bağlı xəbərdarlıq etdi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Xəzər Dənizində suyun səviyyəsinin enməsi barədə xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Rasim Səttarzadə yanvarın 21-də etdiyi çıxışında, iqlim amilləri və Volqa çayının axımında azalmanın baş verməsini Xəzər Dənizində suyun səviyyəsinin aşağı düşməsinin əsas amili adlandırıb.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri deyib: "Xəzərdə suyun səviyyəsinin  azalması bu qaydada davam edərsə, bəzi iqtisadi sahələr xüsusilə neft və qaz hasilatına, dəniz nəqliyyatı və limanların fəaliyyətinə mənfi təsir göstərə bilər".

Dünyanın ən böyük gölü və bəzən də ən kiçik özünü-təmin edən dənizi adlanan Xəzər Dənizi quru ilə əhatə olunan ən böyük su sahəsidir və 130 çay ona axır ki, ən böyüyü Volqa çayıdır.

İran İslam Respublikası, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan beş Xəzəryanı ölkələrdir.