Azərbaycanda Koronavirus barədə əhaliyə müraciət olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i356625-azərbaycanda_koronavirus_barədə_əhaliyə_müraciət_olunub
Çində Koronavirusun yayılması və bu virusun Azərbaycan Respublikasına yayılması nigarançılığı, bu ölkə rəhbərlərini lazımı tədbirlər görməyə vadar edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2020 16:10 Asia/Baku
  • Azərbaycanda Koronavirus barədə əhaliyə müraciət olunub
    Azərbaycanda Koronavirus barədə əhaliyə müraciət olunub

Çində Koronavirusun yayılması və bu virusun Azərbaycan Respublikasına yayılması nigarançılığı, bu ölkə rəhbərlərini lazımı tədbirlər görməyə vadar edib.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respubliksaı Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərlə mübarizə idarəsinin müdiri bu gün deyib: Hal-Hazırda ölkə səhiyyə və yoluxucu xəstəliklər baxımından adi vəziyyətdədir və hansısa xüsusi xəstəliyin yayılma yaxud artması halları müşahidə edilməyib. 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına Çinə səfərdən öncə Ümumdünya Səhiyyə Təşkilatının Koronavirus barədəki təhlükəsizlik təlimatlarına diqqət yetirməyi tövsiyə edib. 

Çində Koronavirusun qurbanlarının sayı artmaqdadır və indiyədək ən azı 41 nəfər ölüb. Bu virusa yoluxanların sayı isə 1112 nəfərə çatıb.