Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb
Yan 29, 2020 05:47 Asia/Baku
-
Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb
“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir”.
APA xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, aparılan tədbirlər nəticəsində hələ ki, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb: "Səhiyyə Nazirliyi və Gömrük Komitəsi arasında çox sıx əlaqə yaradılıb. Birgə işlər aparılır, gündəlik məlumatlar verilir. Hələ ki, bu günə şübhəli xəstə aşkar olunmayıb. Buna baxmayaraq, sərhəd-keçid məntəqələrində termivizorlar tərəfindən bir qədər temperaturu olan xəstələr aşkar olunarsa, onlar barədə Səhiyyə Nazirliyinin Karantin Xidməti, eyni zamanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar veriləcək.