292 nəfər deputatlığa namizədliyini geri götürüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i356837-292_nəfər_deputatlığa_namizədliyini_geri_götürüb
Azərbaycan respublikasında deputatlığa namizədliyi qeydə alınan 1637 nəfərdən indiyə qədər 292 nəfəri namizədliyini geri götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2020 15:31 Asia/Baku
  • 292 nəfər deputatlığa namizədliyini geri götürüb
    292 nəfər deputatlığa namizədliyini geri götürüb

Azərbaycan respublikasında deputatlığa namizədliyi qeydə alınan 1637 nəfərdən indiyə qədər 292 nəfəri namizədliyini geri götürüb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bir daha deputatlığa namizədlərə müraciət edib. M.Pənahov iddiaçıları namizədliyini geri götürməməyə çağırıb.

MSK sədri deyib ki, Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində analoqu olmayan hal qeydə alınıb. “Dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycana müşahidəçilərini göndərir”, - deyə o qeyd edib.