Səməd Seyidov: Azərbaycan ciddi düşünməlidir
-
Səməd Seyidov: Azərbaycan ciddi düşünməlidir
Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S. Seyidov bildirib ki, Avropa Şurasının daxilində çox ciddi proseslər gedir: “AŞPA-nın yanvar sessiyası bunu bir daha göstərdi. Bu qurumda sistemli böhran yaşanır. Buna görə də bu təşkilatın dövlətlərlə münasibətlərində ciddi problemlər müşahidə edirik. Avropa Şurasının ölkələrlə münasibət qurması müşkül məsələyə çevrilib. Bunun bir nümunəsi kimi Azərbaycana olan münasibəti canlı şəkildə gördük. Hətta bu böhran içərisində belə Azərbaycan kəskin, tənqidlərlə dolu olan məruzəyə normal, konstruktiv yanaşma ortaya qoymağa cəhd göstərdi”.
S. Seyidov diqqətə çatdırıb ki, Avropa Şurasında konstruktiv yanaşma, əlaqə qurmaq cəhdləri, normal münasibətin yaradılması istiqamətində aparılan işlərin üstündən tamamilə xətt çəkdilər.