"Əsrin sövdələşməsi" Fələstin xalqının hüquqlarını görməməzliyə vurur
https://azeri.sahartv.ir/news/azərbaycan-i357006-Əsrin_sövdələşməsi_fələstin_xalqının_hüquqlarını_görməməzliyə_vurur
Azərbaycan Respublikasında tanınmış politoloq Zərdüşt Əlizadə deyib: "Əsrin sövdələşməsi" planı tamamiylə ədalətsiz plan olaraq, Fələstin xalqının tanınmış hüquqlarını görməməzliyə vurur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2020 04:33 Asia/Baku
  • "Əsrin sövdələşməsi" Fələstin xalqının hüquqlarını görməməzliyə vurur

Azərbaycan Respublikasında tanınmış politoloq Zərdüşt Əlizadə deyib: "Əsrin sövdələşməsi" planı tamamiylə ədalətsiz plan olaraq, Fələstin xalqının tanınmış hüquqlarını görməməzliyə vurur.

Zərdüşt Əlizadə İRNA-nın müxbirinə verdiyi açıqlamada Donald Tramp tərəfindən təqdim olunmuş əsrin sövdələşməsi planının beynəlxalq qanunlara zidd olduğunu bildirərək deyib: Bu sənəd sadəcə Amerikanın və sionist rejimin strateji əməkdaşlıqlarının gücləndirilməsi və Amerika imperializminin və beynəlxalq sionizmin mənafeyini təmininə xidmət edir. Əizadə deyib: Səudiyyə Ərəbistanı kimi bəzi ərəb dövlətlərinin bu plana dəstək vermələri göstərir ki, onların varlığı Amerika imperializminə bağlıdır və xalqın iradəsi ilə heç bir əlaqəsi yoxdur. 

Azərbaycanlı politoloq əsrin sövdələşməsini Fələsitn münaqişəsinin həlli üçün qəbul olunmaz plan adlandıraraq deyib: Heç bir sağlam düşüncəli insan bu planı qəbul edə bilməz. 

Zərdüşt Əlizadə həmçinin bildirib ki, müsəlman ölkələr arasında vəhdətin olmaması və bəzi ərəb ölkələrinin başçılarının xəyanəti , super güclər, xüsusiylə Amerikanın regionda müsəlmanların mənafelərini görməməzliyə vurmalarına səbəb olur.