Fələstinin Bakıdakı səfirliyi "Əsrin sövdələşməsi" planını pisləyib
Fev 02, 2020 10:16 Asia/Baku
-
Fələstinin Bakıdakı səfirliyi "Əsrin sövdələşməsi" planını pisləyib
Fələstinin Azərbaycan Respublikasındakı səfirliyi bir bəyanatda Amerika prezidentinin "Əsrin sövdələşməsi" planını pisləyərək onu saxta sənəd adlandırıb.
İRNA-nın verdiyi məlumata görə, Fələstinin Bakıdakı səfirliyinin bəyanatında deyilir: "Əsrin sövdələşməsi" planı beynəlxalq qanunlara, eləcə də Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyası, Təhlükəsizlik Şurası və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qəbul edilmiş 160 qətnaməyə ziddir.
Fələstinin Azərbaycan Respublikasındakı səfirliyi həmçinin bu planı sionist rejimin baş naziri ilə ABŞ prezidenti arasında bir növ sövdələşmə adlandırıb.