Almaniya Azərbaycanla bağlı rüşvət qalmaqalını araşdırır
-
Almaniya Azərbaycanla bağlı rüşvət qalmaqalını araşdırır
Almaniyanın Der Tagesspiegel qəzeti yazır ki, bu ölkənin hüquq-mühafizə orqanları, yanvarın 30-da, rüşvət qalmaqalı ilə bağlı axtarış-əməliyyat tədbiri həyata keçiriblər. Həmin qalmaqalda Azərbaycanın adı hallanır.
Almaniyanın hakim Xristian Demokrat Partiyasının üzvü Karin Strenz Azərbaycandan 22 min avro rüşvət almaqda ittiham olunur. Şübhə var ki, o, həmin pulun müqabilində Avropa Şurasında Azərbaycan hökumətinin xeyrinə davranış nümayiş etdirib. Qəzet deputatın fikrini öyrənə bilməyib.
Der Tagesspiegel-in yazdığına görə, 2015-ci ildə Azərbaycanda siyasi məhbusların azad olunması tələbi əks olunan sənəd səsə qoyulanda Strenz bunun əleyhinə səs verən almaniyalı deputat olub. Başqa bir Almaniya qəzeti Süddeutsche Zeitung yazır ki, Bundestaq Strenzin toxunulmazlığını ləğv edib.
Qəzetə görə, Karin Strenz pulları, Lintnerin rəhbərlik etdiyi lobbi şirkətindən alırmış. Lobbi şirkəti Azərbaycanın iqtidarını dəstəkləyir.