Bir neçə məntəqədə də nəticələr ləğv edilib
-
Bir neçə məntəqədə də nəticələr ləğv edilib
Fevralın 22-də Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bir neçə məntəqədə seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı qərarlar qəbul edilib.
MSK 48 saylı Yevlax Seçki Dairəsi üzrə 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.
İclasda həmçinin, 11 saylı Qaradağ Seçki Dairəsinin 25 saylı məntəqəsində də seçkinin nəticəsi etibarsız hesab edilib.
Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.
Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.