Ərdoğan Əliyevə təsbeh bağışladı
https://azeri.sahartv.ir/news/azərbaycan-i358346-Ərdoğan_Əliyevə_təsbeh_bağışladı
Fevralın 25-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Ərdoğan görüşdə İlham Əliyevə təsbeh hədiyyə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2020 05:53 Asia/Baku
  • Ərdoğan Əliyevə təsbeh bağışladı
    Ərdoğan Əliyevə təsbeh bağışladı

Fevralın 25-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Ərdoğan görüşdə İlham Əliyevə təsbeh hədiyyə edib.

Həmçinin prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədləri imzalanıb.

Mətbuata bəyanatda Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün gələcək işbirliyi barədə geniş fikir mübadiləsi aparılıb: “Keçən ilin noyabr ayında Türkiyədə TANAP-ın tam başa çatmasını birlikdə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Çünki Cənub Qaz Dəhlizinin son layihəsi TAP-ın icrası 92 faizə çatıb. Enerji ilə bağlı digər məsələ də müzakirə edildi”.