Azərbaycan Respublikasında koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınanlar var
Fev 27, 2020 11:15 Asia/Baku
Azərbyacan Səhiyyə Nazirliyi: koronavirus şübhəsi ilə Astara və Cəlilabad Mərkəzi Rayon xəstəxanalarında 177 nəfər həkim müşahidəsinə alınıb
Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını açıqlayıb.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə səhər saat 10.00 üçün Kiliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayırılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.