Artur Rasi-zadəyə orden təqdim edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i358419-artur_rasi_zadəyə_orden_təqdim_edilib
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2020 06:20 Asia/Baku
  • Artur Rasi-zadəyə orden təqdim edilib
    Artur Rasi-zadəyə orden təqdim edilib

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

APA-nın xəbərinə görə, Rasi-zadəni yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib:

Hörmətli Artur müəllim, Siz uzun illər ərzində Azərbaycanın inkişafı naminə fəal işləmisiniz, həm sovet dövründə, həm müstəqillik dövründə.

Əliyev deyib: Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında uzun illər fəaliyyət göstərmisiniz. Müstəqillik dövründə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan üç il sonra sizi Baş Nazir vəzifəsinə təyin etmişdir. Siz 22 il bu vəzifədə fəal işləmisiniz və ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Bu 22 ilin 15 ilini biz sizinlə bərabər işləmişik və bu illər ölkəmizin iqtisadi inkişafı üçün çox önəmli illər olubdur.