AZAL İrana və əks istiqamətdən olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edib
Fev 29, 2020 14:49 Asia/Baku
-
AZAL İrana və əks istiqamətdən olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edib
Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana və əks istiqamətdən olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edib.
"APA-Economics"in AZAL-a istinadən verdiyi məlumata görə, fevralın 29-dan etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq.
Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi – callcenter@butaairways.az ilə əlaqə saxlaya bilər.