Azərbaycan yenə ‘qeyri-azad’ hesab olundu
https://azeri.sahartv.ir/news/azərbaycan-i358785-azərbaycan_yenə_qeyri_azad’_hesab_olundu
Qərbdə yerləşən Freedom House təşkilatı Azərbaycan Respublikasını yenə ‘qeyri-azad’ ölkə kimi təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2020 11:39 Asia/Baku
  • Azərbaycan yenə ‘qeyri-azad’ hesab olundu
    Azərbaycan yenə ‘qeyri-azad’ hesab olundu

Qərbdə yerləşən Freedom House təşkilatı Azərbaycan Respublikasını yenə ‘qeyri-azad’ ölkə kimi təqdim edib.

49 ölkə “qeyri azad” sayılıb, Azərbaycan, Türkmənistan, Tacikistan bu sıradadır.

Azərbaycan siyasi hüquqlar üzrə 2, mülki hüquqlar üzrə 8, yəni cəmi 10 bal yığaraq qeyri-azad ölkələr sırasında yer alıb.

Türkiyə də 32 balla qeyri-azad ölkə elan olunub. Azərbaycan Respublikası hökuməti qərb təşkilatlarının bu kimi hesabat və informasiyalarını qərəzli və absurd hesab edir. Türkiyə isə belə addımları qeyri hüququ və tamamilə siyasi bir addım kimi dəyərləndirir.

Freedom House təşkilatı Amerikada yerləşir və ABŞ dövləti tərəfindən də maliyyələşir.

 

"FREEDOM HOUSE": AZƏRBAYCAN R. QEYRİ-AZAD ÖLKƏDİR!