Gürcüstanın Müdafiə nazirinin Bakı görüşləri
Martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb.
APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın, investisiya qoyuluşunun əlaqələrimizin inkişafına töhfə verdiyi bildirilib.
Həmçinin Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanla Gürcüstan arasında 15 ildir ki çözülməmiş vəziyyətdə qalan və Azərbaycanda Keşikçi Dağ adı ilə tanınan David Qareci məbədi kompleksilə bağlı məsələ iki ölkə əlaqələrinə kölgə salmışdı.
Sərhədin bir hissəsi delimitasiya olunmadığına görə, hazırda Sovet dövrünün sərhəd xətti qüvvədədir.
GÜRCÜSTAN MÜDAFİƏ NAZİRİNİN BAKI GÖRÜŞLƏRİ