AR-də təhsil ocaqlarının tətili uzadılıb- koronavirusa görə
https://azeri.sahartv.ir/news/azərbaycan-i358996-ar_də_təhsil_ocaqlarının_tətili_uzadılıb_koronavirusa_görə
Koronavirus epidemiyasına görə, Azərbaycan Respublikasının təhsil mərkəzlərinin tətil müddəti uzadılıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 08, 2020 06:58 Asia/Baku
  • AR-də təhsil ocaqlarının tətili uzadılıb- koronavirusa görə

Koronavirus epidemiyasına görə, Azərbaycan Respublikasının təhsil mərkəzlərinin tətil müddəti uzadılıb.

Azərbaycan Respublikası nazirlər kabinetinin dünən çıxardığı qərara əsasən, koronavirus epidemiyasının qarşısını almaq, profilaktik tədbirlərin təsir gücünü artırmaq və bütün təhsil ocaqlarının dezinfeksiya edilməsinə görə, bu ölkədə təhsil mərkəzlərinin tətil müddəti martın 20-dək uzadılıbdır.

Azərbaycan Respublikası hökuməti bu öklədə koronavirusun yayılmasına görə, bazar ertəsi günü bütün məktəb və unniversitetləri bir həftə müddətinə tətil etmişdi.

İndiyədək Azərbaycan Respublikasında KOVİD19(COVID-19) sınağı doqquz nəfərdə müsbət elan olunubdur.

Hazırda Azərbaycan Respublikasında koronavirusa yoluxma üzrə təqribən 230 şübhəli hal mövcuddur.

 

AR-DƏ COVID-19-A GÖRƏ, TƏHSİL OCAQLARININ TƏTİLİ UZADILIB