Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olunub 
https://azeri.sahartv.ir/news/azərbaycan-i359049-azərbaycanda_uşaqların_novruz_şənliyi_ləğv_olunub
Koronavirus təhlükəsi Azərbaycanda daha bir kütləvi tədbirin ləğv edilməsinə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2020 10:17 Asia/Baku
  • Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olunub 

Koronavirus təhlükəsi Azərbaycanda daha bir kütləvi tədbirin ləğv edilməsinə səbəb olub.

Bu il Bakının teatr və digər mədəniyyət ocaqlarında uşaqlar üçün Novruz şənlinkləri keçirilməyəcək.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb.

Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.